Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 16-da Nərimanov rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Seyran Allahverdiyev saxlanılıb.

Avtomobil saz vəziyyətdə sahibinə qaytarılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.