"Ermənistan Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesində konstruktiv iştirakını davam etdirir və xüsusi nümayəndələrin davamlı təmaslarına önəm verir. Hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında görüşün keçirilməsi ilə bağlı konkret razılaşma və razılaşdırılmış gündəm yoxdur”.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirliyi məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan türkiyəli həmkarı Serdar Kılıçın Antalya Diplomatik Forumu çərçivəsində iki ölkənin xüsusi nümayəndələrinin növbəti görüşünün İrəvanda keçirilməsi təklifini Ermənistan tərəfinin qəbul etdiyini bildirmişdi. Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar da bir neçə gün əvvəl Ermənistan-Türkiyə prosesinə toxunaraq, Avropa İttifaqının Ermənistan-Türkiyə prosesini dəstəklədiyini qeyd edərək, səfirlərin yaxın vaxtlarda görüşəcəyinə ümid etdiyini bildirib.

Gülayə Mecid