"Ermənistan həqiqətən də KTMT ilə fəaliyyət dairəsini azaldıb". 

"Unikal" xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib. 

Onun sözlərinə görə, bu məsələdə aydınlıq bütün təşkilat üzvlərinin xeyrinədir: "Fəaliyyətin "dondurulması" anlayışı təşkilatın sənədlərində öz əksini tapmayıb, ona görə də mövcud vəziyyətə münasibətdə ondan istifadə etməyəcəyik. Ermənistan həqiqətən də təşkilatın üzvü kimi fəaliyyətinin miqyasını əhəmiyyətli dərəcədə azaldıb, lakin buna baxmayaraq, iş davam edir, Katibliyin gündəliyinə daxil olan bütün məsələlər işçi qaydada müzakirə olunur. Bu məsələdə aydınlıq ilk növbədə düzgün planlaşdırma üçün assosiasiyamızın bütün iştirakçıları üçün faydalı olacaq". 

Ağarza Elçinoğlu