Kanada yayda 450 “SkyRanger” çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) Kiyevə təhvil verəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayılıb.

“Pilotsuz uçuş aparatları koalisiyasının rəhbər qrupunun iclasının ilkin nəticələrinə görə, Litva Ukrayna üçün FPV pilotsuz təyyarələri üçün üç milyon avro ayıracaq, Kanada isə 450 PUA təhvil verəcək”, - açıqlamada bildirilir.