Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaçi Haneqbi ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası məlumat yayıb.

Telefon danışığı zamanı Yaxın Şərqdə münaqişənin qarşısını almaq üçün bütün tərəflərin təmkinli olmasının vacibliyini vurğulayıb. 

“Söhbət zamanı vurğulanıb ki, Rusiya fikir ayrılıqlarının müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır", - açıqlamada bildirilir.