Gəncədə yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən ümumi sahəsi 163 kvadratmetr olan fərdi yaşayış evində anidən yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 68 kvadratmetri yanıb, evin qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov