İndoneziyada iki torpaq sürüşməsi nəticəsində ən azı 19 nəfər ölüb, 2 nəfər itkin düşüb.

"Unikal" xəbər verir ki, hadisə aprelin 13-də gecə saatlarında ölkənin Cənubi Sulavesi vilayətinin Tanatoraca rayonuna aid iki kənddə baş verib. Axtarış-xilasetmə işlərinin nəticəsində dağıntı və torpaq axını altından 19 nəfərin meyiti çıxarılıb, 2 nəfər isə ağır yaralı vəziyyətdə aşkarlanıb.

Yerli fövqəladə hallar qurumunun rəhbəri Sulayman Malia bildirib ki, son dəqiqləşdirmələrə əsasən iki nəfər itkin hesab olunur. Onların axtarışları davam edir. Əlverişsiz hava şəraiti axtarış işlərinə mane olur.

Qeyd edək ki, torpaq sürüşməsinin baş verdiyi əraziyə son həftələr şiddətli yağışlar yağıb.