"İranın İsrailə hücumunu İsrail hakimiyyətinin Suriyadakı diplomatik hədəflərimizə zərbələrinə cavab hesab etmək olar".

"Unikal" xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin "X" hesabınd ayazılıb. 

"Bu məsələni tamamlanmış hesab etmək olar”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, İsrailə pilotsuz təyyarələrin buraxılması onun İranın Dəməşqdəki diplomatik obyektlərinə hücumuna cavabdır.

Eyni zamanda vurğulanıb ki, İsrail hakimiyyətinin “daha ​​bir səhvi” olarsa, Tehranın cavabı “daha ​​sərt” olacaq.