Mingəçevir şəhərində tanışlar arasında mübahisə yaranıb, bir nəfər bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə  şəhər sakini Qurban İsmayılovun yaşadığı mənzildə baş verib.

Tanışı ilə ev sahibi arasında düşən mübahisə zamanı 1988-ci il təvəllüdlü Yaməddin Rüstəmov 27 yaşlı Qurban İsmayılova bıçaqla xəsarət yetirib. Q.İsmayılov isə Y.Rüstəmovu döyüb. Bıçaqlanan və xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, müvafiq ekspertiza təyin olunub, izahatlar alınıb və araşdırma aparılır.

Ehtiram Muradov