Türkiyənin tanınmış aktyoru Nuri Alçonun səhhəti ilə bağlı səhiyyə naziri Fahrettin Koca açıqlama yayıb. 

"Unikal" xəbər verir ki, nazirin sözlərinə görə, aparılan ilk müayinələr nəticəsində aktyorda ürək çatışmazlığı, ağciyər ödemi və beyin damarlarının tıxanması aşkar edilib.

Alçonun müalicəsi reanimasiyada davam edir.

Qeyd edək ki, Nuri Alço dünən xəstəxanaya yerləşdirilib.