İspaniya Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales İspaniyaya qayıtdıqdan sonra hava limanında həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-də məlumat qeyd olunub. 

Martın 20-də İspaniya Kral Futbol Federasiyasının mənzil-qərargahında İspaniya Superkubokunun bu ölkədə keçirilməsi ilə bağlı Səudiyyə Ərəbistanı ilə bağlanmış müqavilədə aşkar edilən korrupsiya və çirkli pulların yuyulması əlamətlərinə görə axtarış aparılıb. 2018-2023-cü illərdə imzalanmış müxtəlif müqavilələr, o cümlədən Səudiyyə Ərəbistanı ilə müqavilə öyrənilir. Rubialesin Qranadadakı evi də daxil olmaqla 10-dan çox evdə axtarış aparılıb. 7 nəfər həbs edilib.

Bu iş üzrə də istintaq altında olan Rubiales axtarış zamanı Dominikan Respublikasında iş üçün olub. Bu gün o, Dominikan Respublikasından İspaniyaya gedib. İspaniya polisi və mülki qvardiya zabitləri onu Madrid hava limanında gözləyirdilər.

Rubiales hava limanını Mülki Qvardiya furqonunda tərk edib. Ehtimal olunur ki, RFEF-in keçmiş rəhbəri ifadə vermək üçün Mahadaonda məhkəməsinə aparılacaq. 

Xatırladaq ki, qadınlardan ibarət İspaniya millisinin finalında İngiltərəni məğlub etdiyi oyundan sonra Luis Rubiales mükafatlandırma mərasimində Cennifer adlı futbolçunu öpüb. Bu səbəbdən onun 2,5 il müddətinə həbs olunması istənilib. 

Ağarza Elçinoğlu