AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXVIII turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Səbail”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” 700 manat cərimə edilib.

“Sumqayıt” isə “Araz-Naxçıvan”la matçda intizamsızlığa yol verən 4 oyunçusuna görə analoji sanksiyaya məruz qalıb. Bundan başqa, qarşılaşmanın 90+2-ci dəqiqəsində sumqayıtlıların məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb.

Onun bu hərəkəti klubunun 1500 manat cərimələnməsinə səbəb olub.