"Sen Çal Kapımı", "Aşk mantık intikam” və "Aşk taktikleri" kimi layihələrdə rol alan aktrisa Melisa Döngelin "Antalyasporun" baş məşqçisi, 52 yaşlı Sergen Yalçınla eşq yaşadığı iddia olunub. 

"Unikal" xəbər verir ki, 26 yaşlı aktrisanın Sergen Yalçınla birlikdə tətildə olduqları bildirilib.  Cütlüyün yaş fərqi isə gündəmə damğasını vurub.

Xatırladaq ki, aktrisa bundan əvvəl türk reper Sefo ilə birlikdə idi.

Zərifə Nağıyeva