Moskva Meşçanski Məhkəməsi keçmiş energetika nazirinin müavini Anatoli Tixonovu 603 milyon rubl oğurladığına görə 5 il 4 ay müddətinə həbsdən şərti azadlığa buraxıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Müttəhimə həmçinin 500 milyon rubl məbləğində cərimə və müddəti bitdikdən sonra 14 il ərzində icra hakimiyyətlərində vəzifə tutmaq qadağan edilib.

Tixonovun istintaq təcridxanasında cəzasını çəkdiyi nəzərə alınaraq, o, məhkəmə zalından azadlığa buraxılıb. Eyni zamanda, məhkəmə Energetika Nazirliyinin mülki iddiasını təmin edib və Tixonovdan 271 milyon 852 min rubl geri alıb.

İş üzrə digər təqsirləndirilən şəxslərə gəlincə, məhkəmə Tixonovun müşaviri Roman Rıjkovu 7,5 il şərti həbs və 80 milyon rubl məbləğində cərimələyib. Məhkəmə "Lanit" ASC-nin vitse-prezidenti Vladimir Makarov və Viktor Serebryakovu hər biri 7 il sınaq müddəti, habelə 90 milyon və 45 milyon rubl məbləğində cərimə cəzasına məhkum edib. Onların hamısı xüsusilə külli miqdarda rüşvət almaqda vasitəçilik etməkdə təqsirli bilinib.

Ağarza Elçinoğlu