Pentaqon rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qallantı ABŞ-də "kobudcasına qarşılayıb".

"Unikal" xəbər verir ki, bu barədə “Bloomberq” nəşri yazıb.

Belə ki, Ostin İsrailin anklavda keçirdiyi hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında çox sayda mülki vətəndaş itkisi fonunda Yoav Qallantı ABŞ-yə dəvət edib. Ostin Pentaqonda israilli həmkarını kobud şəkildə qarşılayıb və  ona iradlarını bildirib. 

Həmçinin, Pentaqon rəhbəri Qəzza müharibəsində mülki itkilərin sayının yüksək olduğunu və humanitar yardımların miqdarının isə çox az olduğunu vurğulayıb.

Zərifə Nağıyeva