Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub və “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Xatirə kitabına qeyd qoyub.

"Unikal" xəbər verir ki, Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan terrorçular insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib. Terror zamanı 139 nəfər həlak olub.