Madonna mayın 4-də Rio-de-Janeyrodakı Kopakabana çimərliyində pulsuz konsert verəcək.

"Unikal" xəbər verir ki, bu barədə ulduz özü açıqlayıb. 

Tarixi konsert onun Celebration Tour adlı son şousu çərçivəsində baş tutacaq. 

Braziliyaya getməzdən əvvəl Madonna Dallasda çıxış edəcək, ardınca Hyuston, Atlanta, Ostində və başqa yerlərdə dayanacaq. Pop kraliçası Mayami və Mexikoda da çıxış edəcək. 

Seymur Əli