"Elgizlə izlə" komandası bir müddət əvvəl insult keçirən Əməkdar artist Kifayət Gəncəliyə baş çəkib.

"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sözügedən proqramda nümayiş olunub. Hazırda evdə olan sənətçinin səhhəti ilə bağlı onun qızı Elza məlumat verib:

"Anam danışırdı, gülürdü, amma sonra nəsə baş verdi, gecənin bir yarısı insult keçirdi. Biz də bilmədik ki, nədən oldu. Bəlkə də təzyiqi yüksəldi, ona görə elə oldu. Beyninə qan sızıb. Hazırda sağ qolu və sağ ayağı işləmir. Danışığını tamamilə itirib. Çətinliklə udqunur. Anam müalicələrinə davam etməlidir. Buna görə də xərclərimiz çox olacaq".

Qeyd edək ki, ilin əvvəlində sənətçinin ölüm xəbəri yayılmışdı.