Birinci Qarabağ müharibəsi  veteranı, Siyəzən neftin işçisi  Elnur Bayramov dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı paylaşım edib.

Bildirib ki, erməni əsirliyində  olmuş Elnur vətənə qayıtdıqdan sonra üç dəfə infarkt keçirmiş, bir müddət əvvəl isə xərçəng xəstəliyinə tutulmuşdu:

"Neftçi yanvar ayında maddi yardım üçün SOCAR-a müraciət etdi. Ağrikəsən iynə dərmanlar almaq üçün .Deyirdi ağrılara dözə bilmirəm, pul çatdıra bilmirəm. Ancaq SOCAR-ın vəzifəliləri Elnura maddi yardım etmədi, etmək istəmədilər".