Martın 22-də Maştağa qəsəbəsində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən "Unikal"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırmalar aparılır.

O.Rüstəmov, R.Cəfərov və E.Xıdırovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.