Şəmkirdə bir ailənin üç üzvinü bıçaqlayan şəxs tutulub.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə hadisəni törədən 1991-ci il təvəllüdlü Sahib Heydərovdur.

O polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

XXX

21.03.2024

23:18

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

1972-ci il təvəllüdlü İlham Hüseynov, 1995-ci il təvəllüdlü Nübar Qənbərli və 1976-ci il təvəllüdlü Şərafət Hüseynova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal yaralılara yardım edilib.

Onlardan İ.Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, bıçaqlan şəxsləri ailənin keçmiş kürəkəni bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Tural Əhmədov