2024-cü ildəki ilk oyununa martın 22-də çıxacaq Azərbaycan millisinin heyətindəki futbolçuların yığma göstəriciləri müəyyənləşib.

"Unikal" xəbər verir ki, millinin müvəqqəti baş məşqçisi Arif Əsədovun əsas siyahısında 24, ehtiyat oyunçular sırasında 4 futbolçu yer alıb.

Millinin ən təcrübəli üzvü Bədavi Hüseynovdur. O, 68-ci matçına çıxa bilər. Ramil Şeydayev isə yubiley – 60-cı oyun astanasındadır.

Beş futbolçu isə debüt anını gözləyir. Rza Cəfərov, Emil Mustafayev, həmçinin ehtiyat siyahıda yer alan Rövlan Muradov, Orxan Əliyev və Abdullazadə hələ yığmada şans qazanmayıb.

Hazırkı heyətin bombardiri Emin Mahmudovdur. Onun hesabında 13 qol var.

Yarımmüdafiəçi 1 qol vursa, milli tarixinin ən yaxşı bombardiri adına şərik çıxacaq. O, Qurban Qurbanovun rekorduna çatmaq imkanına malikdir.

Qeyd edək ki, millimiz martın 22-də Monqolustanla qarşılaşacaq.