Məşhur aktrisa Afra Saraçoğlunun "Yalı çapkını" serialından gedəcəyi iddia edilib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Seyran obrazını oynayan sənətçi üçün yeni ssenari yazıldığı qeyd edilib. Onun ssenariyə görə ölüb, gedəcəyi yazılıb.

Fərid ilə barışıb malikanəyə qayıdan Seyranın yer aldığı bir səhnə bu iddiaları ortaya atıb. Ekran işində Fuatın ölümündən öncə yayımlanan səhnənin eynisi Seyranda da var. Buna görə də Seyranın ölərək, serialdan gedəcəyi yazılıb.