“FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

"Unikal" xəbər verir ki, “Qarabağ”ın futbolçusu Aleksey İsayev heyətdən çıxarılıb. Buna yarımmüdafiəçinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycan yığması turnirdəki ilk matçını martın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda Monqolustan seçməsinə qarşı keçirəcək. Görüş saat 20:00-da baş tutacaq.