İranın Sistan və Bəlucistan əyalətində hərbçi naməlum şəxslərin hücumuna məruz qalıb.

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Hərbçi Hirmand bölgəsində ölkənin cənub-şərq sərhədlərini qoruyarkən, sərhədin qarşı tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Ağarza Elçinoğlu