Xocalıda aşkarlanmış kütləvi məzarlıqda kimliyi müəyyən edilmiş şəxslərin dəfni ilə bağlı məsələlər ailə üzvləri ilə məsləhətləşmədən sonra müəyyən olunacaq.

"Unikal" xəbər ki, bunu bu gün Baş Prokurorluğun, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə təşkil etdiyi brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun əməkdaşı Zaur İsmayılov deyib.

O bildirib ki, dəfnlər yerli icra orqanlarının təşkilatçılığı ilə təşkil ediləcək. Qalıqlar dini, milli ənənələrə uyğun olaraq ailələrinə təhvil verilərək dəfn olunacaqlar.