“Novruz bayramına qədər Azərbaycan və İran Prezidentləri İlham Əliyevlə İbrahim Rəisi Xudafərinə səfər edəcəklər”.

"Unikal" xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

“Ümid edirəm ki, hazırlıq işləri üçün iki ölkənin energetika nazirləri tezliklə görüşəcəklər. Xudafərin və Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimi sərhəddə hər iki prezidentin iştirakı ilə baş tutacaq”, - deyə diplomat əlavə edib.

Həmçinin qeyd olunub ki, Araz çayı üzərindəki körpüdə nəzarət-buraxılış məntəqəsi, eləcə də Ağbənd körpüsündə avtomobil və dəmir yolu ilə bağlı işlər davam etdiriləcək.