44 yaşlı Gökhan Özenin səhhətində problem yaranıb. 

"Unikal" xəbər verir ki, bu haqda ifaçı özü paylaşım edib. O bildirib ki, ciddi infeksiyadan əziyyət çəkir. Müğənni İzmir konsertindən sonra çox ciddi infeksiyaya yoluxduğunu və həkiminin ona heç kimlə təmasda olmamaq barədə xəbərdarlıq etdiyini deyib:

"3 gündür vəziyyətim ağırdır. Həkim mənə qadağa qoyub. Heç kimlə təmasda ola bilmərəm. Həkimlər infeksiyanı təmas zamanı qapdığımı deyir. Sevənlərimlə foto çəkdirməyi hər zaman sevərək edirdim. Amma uzun müddət bunu edə bilməyəcəyəm".