Türkiyənin "Qaziantep" komandası baş məşqçisi Marius Şumuditsa ilə vidalaşıb.

"Unikal" xəbər verir ki, məlumatı Super Liqa təmsilçisinin rəsmi saytı yayıb.

Rumıniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, ötən ilin sentyabrından komandaya rəhbərlik edən Şumuditsa 2019-2021-ci illərdə də bu klubda işləyib. "Qaziantep" Super Liqada 28 turdan sonra 28 xalla 18-ci pillədə qərarlaşıb.