Rəqsanə Aygün Kazımova ilə duet oxuyacaq?
Rəqsanə Aygün Kazımova ilə duet oxuyacaq?

Müğənni həm də Naxçıvanda keçirilmiş konsertdə xalq sevgisi ilə qarşılanıb

Rəqsanə qadın həmkarlarından biri ilə duet hazırlayır.İdeya hər iki tərəfin olub. Onlar asudə vaxt tapan kimi studiyaya gedib, müştərək sənət işini həyata keçirəcəklər. Xəbəri müğənni Rəqsanə bildirib. Lakin o, mahnı ortağının adını çəkməyə tələsməyib.
"Hərdən vəd olunan işləri başa çatdırmayıb açıqlayanda, əmması çıxır. Ona görə duet ortağımın adını sirr saxlayıram", - deyən Rəqsanə həmin xanımın adı ətrafında fikir bildirdi. Söylədi ki, o, estrada ifaçısıdır və xalq artisti fəxri adını daşıyır.
Bunun böyük ehtimalla Aygün Kazımovanın olacağını düşündük. Çünki son vaxtlar hər iki sənətçi birgə tədbir, konsert səhnələri bölüşür, barələrində isə xoş sözlər söyləyirlər. Rəqsanə hələlik bu versiyanı nə təsdiq, nə də təkzib etdi.
Deyəcəyi isə o oldu ki, duet yazılan kimi ona klip çəkiləcək.
Müğənni həm də Naxçıvanda keçirilmiş konsertdə xalq sevgisi ilə qarşılanıb. Canlı ifası ilə tamaşaçılara xoş anlar yaşadan Rəqsanənin şəxsi həyatındakı rahatlığı sezmək də elə çətin olmadı. Sanki o, eşq qalmaqallarından təngə gəldiyini aşkar şəkildə nümayiş etdirirdi. Həm səhnədə, həm də kulisdə çəkilişini apardığımız müğənni, maksimum çalışdı ki, fotolarda əhvalına hopan pozitivlik öz əksini tapsın. Ricası da oldu: mediada şəxsi həyatının müzakirə olunmasının dayandırılması.