Sim-kartlar "Eurovision"a görə bahalaşıb?
Sim-kartlar "Eurovision"a görə bahalaşıb?

Azərbaycanda "Azercell" şirkətinə məxsus danışıq kartlarının qiyməti bahalaşıb. Bu xəbəri Azərbaycan KİV-ləri verib. Bəs digər operatorlarda vəziyyət necədir? Faktı araşdırmaq üçün mobil rabitə operatorları ilə əlaqə saxlayıb.

Müxbirimizə bildiriblər ki, hələlik operatorlardan kartların tariflərinin artırlması ilə bağlı rəsmi tapşırıq verilməyib. "Hələlik" sözü bu məsələ ilə bağlı dəyişik ehtimalının ola biləcəyindən xəbər verir. Necə deyərlər, od olmasa, tüstü çıxmaz.
Yerlərdə - qəzet köşklərində, supermarketlərdə, topdansatış mərkəzlərində apardığımız araşdırmaya əsasən, məlum oldu ki, istehlakçılar bunu hiss etməsələr də, "Azercell" kartlarının qiymətləri artıb. Bütün satıcılar sakit, gizli və hiss olmayan qiymət artımını təsdiqlədilər.
Məlum oldu ki, şirkətdə qiymərlər 2 qəpik artıb. Əgər əvvəllər, deyək ki, bir kartın topdansatış qiyməti 98 qəpik idisə və onu 1 manta satırdılarsa, indi satış mərkəzlərinə danışıq kartları bu nominalla daxil olur. Beləliklə, süni inflyasiya ortaya çıxır, bu isə, gözlənilməz qiymət artımına səbəb ola bilər.
Paytaxt supermarketlərindən birinin sahibi Ələsgər Məmmədov deyir: "Əgər əvvəlllər 1 manatlıq kartdan cəmi 2 qəpik qazancımız vardısa, indi 1 manatlıq kartı 5 və ya 10 qəpik artığına satmalı olacağıq. Çünki bu, kartı 1 manat 2 qəpiyə satmaqdan daha asandır".
Başqa bir supermarketin satıcısı Əşrəf Ağayevin sözlərinə görə, kartlar böyük gəlir gətirmir: "Onları potensial alıcılarımızı itirməmək üçün alırıq. Bu gün praktik olaraq böyükdən-kiçiyə hamı mobil telefondan istifadə edir. Buna görə də telefon kartlarına ehtiyac var. Bir sözlə, telefon kartları alıcıları cəlb etmək məqsədi daşıyır".
Qeyd edək ki, bu gün "Azercell" mobil şəbəkəsinin kartlarının satışı dayandırırlıb, kartları yalnız dilerlərdən və ixtisaslaşmış operator mağazalarından almaq olar.

"Eurovision" faktoru?

Tarif artımını Azərbaycanda keçiriləcək "Eurovision" müsabiqəsilə bağlayırlar. İlkin hesablamalara görə, yeni qiymətə satılan kartlarla SMS səsvermə əvvəlkindən daha çox gəlir gətirəcək. Nəticədə belə maliyyə əməliyyatı, gözlənildiyi kimi, müəyyən dərəcədə qarşıdan gələn müsabiqə ilə bağlı xərcləri ödəyəcək, bu pulların bir hissəsi dövlət xəzinəsinə yönələcək.
Xatırladaq ki, müsabiqə başlayana və yekunlaşanadək təkcə telefon kartlarının deyil, digər məhsulların da qiyməti artacaq. Bu milli xarakterdən irəli gələn qanunauyğunluqdur. Əhəmiyyətli hadisələr, bayramlar və ya maliyyə böhranı zamanı qiymət artımı müşahidə olunur və bu qiymətlər aşağı düşmür. Ekspertlərin əksəriyəti də bu fikirdədir.
Qeyd edək ki, Azərbaycanda üç mobil operator fəaliyyət göstərir.
Mobil rabitəyə tələbat yüksək olduğundan və hamı mobil telefondan istifadə etdiyindən, bu sahədə imkanları genişləndirmək üçün şərait yaranıb. Amma operatorlar arasında rəqabət olsa da, bu, işin keyfiyyətinə müsbət təsir etmir.

Abonentlərin narazılığı artır

Operatorların işindən narazılıqlar yetərincədir. Səbəb xidmət səviyyəsinin aşağı olımasıdır. Təəssüf ki, yaxın zamanlarda bu səviyyənin arzuolunan dərəcədə artacağı gözlənilmir. Yəqin ki, elə bu səbəbdən, biz bayramlar və xüsusi hadisələr zamanı şəbəkədəki yüklənmələr üzündən periodik narahatlıqlara vərdiş etmişik. Amma bu cür problemlər adi günlərdə də davam edəndə, üstəlik, ənənə halını alanda abonentlər operatorun xidmətlərindən imtina edir.
Bu səbəbdən də, mobil rabitə seqmentində abonenetlərin bir operatorun xidmətlərindən digərinə keçməsi halları qeydə alınır. Maraqlıdır, operatorların sayı çoxalması abonentlərin problemlərini azalda bilərmi? Məntiqlə bu zaman rəqabət sərtləşməlidir. Uyğun olaraq, ilk növbədə tariflər aşağı düşməlidir. Amma vətəndaşlar həm mobil şəbəkə daxilində, həm də digər şəbəkələrlə danışıq zamanı xidmət tariflərinin hiss olunacaq dərəcədə artdığından gileylənirlər. Buna görə də, qənaət üçün müxtəlif operatorlara məxsus nömrələr almaq tələbatı yaranır.
Apardığımız sorğular zamanı məlum oldu ki, telefon şirkətlərindən olan əsas şikayətlər xidmətin səviyyəsi ilə bağlıdır. Şirkətlərə olunan iradların böyük əksəriyyəti operatorların şikayətlərə və sorğulara cavab verməməsi ilə bağlıdır. Ən çox "Azercell" operatorunun səmərəsiz iş rejimindən gileylənirlər. Abonentlər deyir ki, müxtəlif səbəblərlə bağlı bu şirkətə müracət etməli olurlar. Narazılıqların çoxu aşağı xidmət səviyyəsi, konkret desək, şəbəkə daxilində tez-tez baş verən nasazlıqlarla bağlıdır.

Pul tələsi

Bizimlə söhbət zamanı bir neçə nömrədən istifadə edən "Azercell" abonenti Kəmalə İsayeva şəbəkə daxilindəki işdən narazılığını bildirib. Onun sözlərinə görə, dəfələrlə şirkətə müraciət etsə də, gözlədiyi nəticəni əldə etməyib. Sonda K.İsayeva başqa operatorun xidmətlərinə üz tutub.
O deyir: "İnsan hər şeydən çox sorğularına və iradlarına reaksiya almadığından yorulur. Bir-birinin ardınca nömrəni dəyişməli olursan. Anlayanda ki, bunun faydası yoxdur, opetaroru dəyişdim".
Adlarının açıqlanmasını istəməyən "Azercell" abonentləri bu operatordan imtina etmələrini hər gün aldıqları çoxsaylı reklam şirnikləndirmələri ilə izah edirlər. Belə reklamlar şəbəkəni zibilləməkdən başqa, həm də əlavə pul tələsidir. Beləliklə, göstərilən nömrəyə müvafiq sözü və ya rəqəmi göndərməklə abonentlər çox zaman vəd olunan bonusları əldə edə bilmirlər. Bundan başqa, "Azercell" tarifləri digər operatorlarla müqayisədə daha yüksəkdir, amma operatorun xidmətləri keyfiyyətcə fərqlənmir.

Bir az da "Catel"
sindromu haqqında

Mobil rabitənin aşağı keyfiyyəti ilə yanaşı, telefonların özlərinin keyfiyyəti ilə bağlı problemlər də var. Üstəlik, bu problemlər malın dəyərindən və ya hansı firmaya məxsus olmasından asılı deyil.
Belə çıxır ki, Azərbaycanda mobil rabitə ilə yanaşı, telefonların özlərinin də keyfiyyəti aşağıdır.
Apardığımız sosioloji sorğu da o da məlum oldu ki, abonentlərin əksəriyyəti telefonlarının keyfiyyətindən də şikayətçidirlər. Bir çox hallarda təminatlı xidmət müddəti də özünü doğrultmur. Mobil telefon satıcıları tez-tez keyfiyyətsiz telefonların geri qaytarılmasından şikayət edirlər. Təcrübə göstərir ki, bahalı aparatların kefiyyəti onların dəyəri ilə uzlaşmır və onların təminatlı istifadə müddəti göstəriləndən daha azdır. Sosioloji sorğu nəticəsində istifadəçilər arasında ölkədə yeganə CDMA operatoru olan "Catel"dən xeyli şikayətlər ortaya çıxıb. Respondentlərin sözlərinə görə, onlar normal xidmət görə bilmirlər. Müqaviləyə əsasən, abonentlər telefon aparatları və nömrə alaraq, hətta 2 aylıq limiti də əvvəlcədən ödəyiblər. Nəzərə alsaq ki, telefonun özü 200 manatdır, bu imkandan hamı istifadə edə bilmir. Bununla yanaşı, sorğu çərçivəsində "Satel" abonentləri - İbrahim Hüseynov, Şəfa Məmmədova, İlqar Babayev bir sıra iradlar da səsləndiriblər. Əlavə edək ki, şirkətin abonentlərlə müqavilə qaydaları da standart deyil, belə qaydalara dünyanın heç bir ölkəsində rast gəlinmir.
İlqar Babayevin sözlərinə görə, əgər siz ehtiyatsızlıq edib "Catel"ə abunə olmusunuzsa, "ömrünüzün sonunadək sizə yazılan "borcu" ödəməyə məcbursunuz". Hətta xidmətdən imtina etsəniz belə. Şirkətin hüquqşünasları tənbəllik etməyib, sizə və qohumlarınıza zəng vurub bezdirəcəklər: əvvəlcə xəbərdarlıq olunacaq, sonra sizi xidmətdən istifadə etmədiyiniz aylarda "yığılan borcu" ödəmədiyiniz üçün məhkəməyə verməklə hədələyəcəklər.
Təəccüblüsü budur ki, proses illərlə davam edə bilər. Sonunda sizin "ətəyinizə" çoxdandır istifadə etmədiyiniz xidmətə görə xeyli "borc" yığılacaq. Bu səbəbdən də, şəbəkənin keçmiş abonentləri məsləhət görürlər ki, bu şirkətin istifadəçisi olmazdan əvvəl yaxşı-yaxşı düşünəsiniz.
Tamara Əliyeva