Bəd xəbər: Sabahdan hava pisləşəcək
13:24 28-03-2013
CƏMİYYƏT
Martın 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu günün birinci yarısında 12-15 dərəcə isti təşkil edəcək. Lakin günün ikinci yarısından başlayaraq şimal küləyinin daha da güclənməsi nəticəsində axşama doğru temperaturun 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəcə şaxta təşkil edəcək.
Tibbi meteoroloji proqnoza əsasən, martın 29-dan günün ikinci yarısından 30-u axşamadək güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Digər Xəbərlər
2024-04-19 08:27:07
2024-04-19 00:20:24
2024-04-18 23:58:20
2024-04-18 23:03:45
2024-04-18 21:25:39
2024-04-18 20:34:45
2024-04-18 19:55:41
2024-04-18 19:05:41
2024-04-18 18:57:56
2024-04-18 17:55:00
2024-04-18 17:25:00
2024-04-18 16:47:00
2024-04-18 16:41:26
2024-04-18 16:40:11
2024-04-18 16:00:18
2024-04-18 15:56:24
2024-04-18 15:29:55
2024-04-18 15:20:00