Mətbuat Şurası Ermənistan jurnalistlərinin Azərbaycana səfərinin mümkün olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə məsələyə Mətbuat Şurasının sədri Rəşad Məcid aydınlıq gətirib.

“Bildiyimə görə, bir neçə Ermənistan jurnalisti ilə Tbilisidə görüş təşkil olunub. Hər hansı Ermənistan jurnalistinin arzusu olarsa, Azərbaycana gəlmələrində problem olmaz”, - o bildirib.