Tofiq Yaqublunun həbs müddəti uzadıldı
15:18 18-03-2013
CƏMİYYƏT
Nəsimi Rayon Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Vəkil Akif Əlizadənin APA-ya verdiyi məlumata görə, prosesdə vəsatətin təmin olunması barədə qərar qəbul olunub və T. Yaqublu barəsində seçilmiş həbs-qətimkan tədbirinin 3 ay uzadılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə T. Yaqublu və İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Digər Xəbərlər
2024-04-17 21:41:36
2024-04-17 21:24:25
2024-04-17 18:24:00
2024-04-17 18:06:47
2024-04-17 17:40:00
2024-04-17 17:01:41
2024-04-17 16:46:26
2024-04-17 16:43:10
2024-04-17 16:09:55
2024-04-17 16:04:58
2024-04-17 16:02:00
2024-04-17 15:41:00
2024-04-17 15:33:00
2024-04-17 15:01:00
2024-04-17 14:59:47
2024-04-17 14:55:21