Müdafiə Nazirliyi polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlunun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən "Unikal"a bildiriblər ki, S.Zülfüqarov  hərbi xidmətdə deyil, hazırda ehtiyatdadır.

Allah rəhmət eləsin!

***

11:20

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, hadisə İsmayıllı rayonunda baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlu ötən gün ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edib.

Murad İbrahimli