Göygöldə restoranda baş verən yanğın söndürlüb. 

"Unikal" bu barədə FHN-ə istinadən xəbər verir. Bildirilib ki, Göygöl rayonunun Topalhəsənli kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 200 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı 50 m² sahədə və 1 ədəd generator yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

xxx

22:05

Göygöldə yanğın hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kəndin girişində yerləşən  "Su Səsi" restoranında anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Tural Əhmədov