Tuvanın ilk geoloqu Kalin-ool Kujuget vəfat edib. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun əmisidir. 

"Unikal" xəbər verir ki, Tuvanın ilk alim-geoloqu, geologiya-mineralogiya elmləri namizədi, Tuva Respublikasının əməkdar elm xadimi Kalin-ool Sereeviç Kujuget vəfat etdi.

O, Tuvanın mineral-xammal potensialının genişləndirilməsi və proqnozlaşdırılması işlərində, o cümlədən respublikada dağ-mədən zavodlarının tikintisinə başlanmış işlərdə iştirak edib.

Kujuget Tuvada dağ-mədən və geologiya üzrə mütəxəssislərin hazırlanmasını təşkil edib. Tuvada ilk akademik elm icmalarının yaradılmasında fəal iştirak edib. Qızıl Politexnik Kollecinə, Tuvanın Təbii Sərvətlər Nazirliyinə rəhbərlik edib.

Kujuget Rusiya müdafiə naziri Sergey Şoyqunun əmisidir.