Xızıda 67 yaşlı kişi sirkə turşusundan zəhərlənərək ölüb.

Bu barədə  "Unikal"-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 16-da, saat 21 radələrində Xızı rayon Türkoba kənd sakini, 1955-ci il təvəllüdlü Alı Rzayevin yaşadığı evdə sərxoş vəziyyətdə sirkə turşusu içməsi səbəbindən xəstəxanaya aparılarkən yolda ölməsi faktı ilə bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.