Nigeriyanın Edo əyalətindəki məbəddə 20 nəfərin cəsədinin tapıldığı bildirilib.

"Unikal" xəbər verir ki, Edo əyalət polisinin ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Cennifer İveqbu açıqlamasında polisin Benin şəhərindəki məbədə basqın etdiyini bildirib.

İveqbu qeyd edib ki, basqın zamanı 3-ü qadın və 2-si uşaq olmaqla 20 nəfərin mumiyalanmış cəsədi tapılıb.

Hadisə ilə əlaqədar 3 nəfərin tutulduğunu ifadə edən İvegbu, qaçan digər şübhəlilərin tapılması üçün bölgədə sıx işlərin davam etdiyini bildirib.