Rostovda evli olan kişi ilə qadın dayanacaqda üzərinə Z hərfi yapışdırılmış avtomobili yandırıb.

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yandırılan avtomobil polisə məxsus olub.

Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, şübhəlilər avtomobilin mühərrik hissəsinə yanar maddələr tökərək onu yandırıblar. Onlar öz hərəkətlərini mobil telefonla lentə alıblar. Bundan sonra onlar hadisə yerini tərk ediblər.

Polis hadisəni törətdiyi iddia edilən şəxslərin Ukrayna ərazisindən gələn şəxslər olduğunu bildirib. Cütlük barəsində "əmlakı qəsdən məhv etmə və ya zədələmə" maddəsi ilə cinayət işi başlanıb. 

Onları iki ilə qədər həbs gözləyir.

Ağarza Elçinoğlu