İranda ötən sutka ərzində 4 527 nəfər koronavirusa (COVID-19) yoluxub, 62 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 143 222 nəfərə, yoluxanların sayı isə 7,49 milyon nəfərə çatıb. Virus daşıyıcılarından 1 411 nəfərin vəziyyəti ağır qiymətləndirilir.