Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda baş verən partlayışda ölənlərə qarşı hörmətsizlikdə ittiham edilib. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, Baş nazirin hökumətin bugünkü iclasında daxili işlər və rabitə naziri Armen Pambukçyana sualı sərt reaksiyalara səbəb olub. 

Pambukçyan Paşinyana hələ də dağıntılar altında qalan ermənilərin olduğunu məruzə etdikdən sonra o, "çox yaxşı" deyə cavab verib. Bu da birmənalı qarşılanmayıb. 

Bununla bağlı erməni KİV-lər yazıb: "Paşinyan üçün erməninin canı heç bir qəpiyə də dəymir. O, bu ölkənin hər bir vətəndaşının həyatına və ölümünə görə məsuliyyət hiss etmir. O hesab edir ki, İrəvanın mərkəzində insanların ölməsi normaldır və onların cəsədləri tapılmasa da olar". 

Ağarza Elçinoğlu