Kataloniyanın "Barselona" klubu Lionel Messini kluba qaytara bilər.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-də məlumat dərc edilib. 

35 yaşlı idmançı ilə klub arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığı qeyd edilir. Messinin "Barselona"ya qayıtmasında Kataloniya klubunun hazırkı baş məşqçisi Xavi Hernandez xüsusilə maraqlıdır.

Xatırladaq ki, Messi ötən ilin avqustunda "PSJ"yə keçmişdi. Onun Fransa klubu ilə müqaviləsi 2023-cü ilə qədər nəzərdə tutulub. 

Ağarza Elçinoğlu