Xəbər verdiyimiz kimi, "Surmalu" ticarət mərkəzində baş vermiş faciə ilə əlaqədar Ermənistanda avqustun 17-18-də iki günlük matəm elan edilib.

"Unikal" xəbər verir ki, Ermənistanda matəm günü olmasına  baxmayaraq Ərəbkir rayonunda əcnəbi vətəndaş atəşfəşanlıq keçirib.  

Bundan sonra şəxs şikayət əsasında polis bölməsinə aparılıb.  Belə ki, o,  ölkədə baş verə hadisələrdən və  matəm günündən xəbərsiz olduğunu bildirib. 

Qeyd edək ki, avqustun 14-ü günorta saatlarında İrəvanın “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb, 2 nəfər isə itkin düşüb.

Gülayə  Mecid