Mingəçevirdə 26 yaşlı qadın dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir Tibb Kollecinin həyətində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Rəfiyeva Məhsəti Əvəz qızı həyat yoldaşı ilə birlikdə kollecin həyətində olarkən qəfil müvazinətini itirərək yerə yıxılıb və orada ölüb.

İlkin məlumata görə, qəfil ölümə ağciyər fromembaliyası səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Rəfiyevanın bir övladı var.

Ehtiram Muradov