Kanadadan Ukraynanın Dövlət Büdcəsinə güzəştli şərtlərlə 450 milyon Kanada dolları krediti verilib. Vəsaitlər BVF-nin inzibati hesab mexanizmi vasitəsilə təmin edilib.

"Unikal" arici  KİV-ə istinadən xəbər verir  ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bizim üçün son dərəcə çətin olan bu tarixi dövrdə Ukraynaya göstərdiyi güzəştsiz dəstəyə görə Kanada hökumətinə minnətdaram. Alınan vəsait bizə Ukrayna əhalisini dəstəkləməyə və təcavüzkar üzərində qələbəni yaxınlaşdırmağa imkan verəcək”, - deyə maliyyə naziri Serhi Marçenko bildirib.

Kanadadan kreditin ümumi məbləği 1,45 milyard Kanada dollarıdır (1,2 milyard ABŞ dollarına ekvivalentdir). Ödəniş müddəti 10 il, faiz dərəcəsi illik 1,69% təşkil edir.