Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil etməyi təklif edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə məlumat Türkiyə KİV-lərində dərc olunub. 

Qeyd olunub ki, diplomatik mənbələrə istinadən verilən məlumata görə, Rusiya və Ukrayna prezidentləri bölgədəki böhranın həlli üçün yol xəritəsini razılaşdırmaq üçün yaxın vaxtlarda görüşə bilər.

Onu da deyək ki, bu gün Ukraynanın Lvov şəhərində Ərdoğan, Zelenski və BMT-nin baş katibi Antonio Quterreş görüşəcəklər. 

Ağarza Elçinoğlu