Suriya hökuməti Amerika əsgərlərinin yerləşdiyi bazanın yaxınlığında raket hücumuna məruz qaldıqdan cəmi bir gün sonra Birləşmiş Ştatlardan "hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz ölkədən çıxarmağı" tələb edib.

"Unikal" xəbər verir ki, ABŞ-ın Suriyada, əsasən, ölkənin cənubundakı Ət-Tanf bazası ilə şərqindəki neft yataqları arasında 900-ə yaxın əsgəri var. ABŞ uzun müddətdir İŞİD-ə qarşı mübarizədə SDQ-yə dəstəyi ilə tanınır. Lakin Suriya prezidenti Bəşər Əsəd administrasiyası ABŞ-ın bu ölkədə mövcudluğunu qeyri-qanuni qəbul etməklə yanaşı, onların ölkəni tərk etmələrini də tələb edib.

Oxşar bəyanatlar Suriya Xarici İşlər Nazirliyinin bəyanatında da yer alıb. Ötən gün yayımlanan mesajda “Amerika tərəfi Suriya torpaqlarından qeyri-qanuni olaraq hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz çıxarmalı, Suriya nefti və buğdasının oğurlanması və qaçaqmalçılığına son qoymalıdır. O, qeyri-qanuni silahlı qruplaşmalara dəstək verməməlidir”, - qeyd olunub. 

Gülayə Mecid