Avqustun 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşmək üçün Lvova gəlib.

"Unikal" xəbər verir ki, onun şəhərdəki kortejinin videosu Ukrayna KİV-lərində yayılıb.

***10:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanıb.

"Unikal" "HaberGlobal"aistinadən xəbər verir ki, onun təyyarəsi Ankaradakı Esenboğa hava limanından yola düşüb.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Gülayə  Mecid