Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.

Qeyd edək ki, V.Zelenskinin BMT Baş katibi Antoni Qutereşlə görüşü də baş tutub.

***

16:00

Polşanın Rzeşov Beynəlxalq Hava Limanında Polşa vilayətinin qubernatoru Radoslav Viatr və Türkiyənin Varşava səfiri Cengiz Kamil Fırat tərəfindən qarşılanan prezident Ərdoğan quru yolu ilə Lvova keçib. 

"Unikal" xəbər  verir ki,  Ərdoğan Pototski sarayında Ukrayna prezidenti Zelenski ilə görüşüb.

İkilinin görüşdən sonra mətbuata açıqlama verəcəyi gözlənilir.

***10:19

Bu gün, avqustun 18-də Ukrayna prezidenti Volodimir Zelenski Lvovda Türkiyə prezidenti Rəcəb Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. 

"Quterreş hazırda Lvovdadır. Ərdoğan bir günlük səfər üçün isə bu gün gələcək. Türkiyə tərəfi bildirib ki, danışıqların mövzularından biri Rusiya Federasiyası ilə Ukrayna arasında müharibənin diplomatik yolla həlli perspektivləri olacaq", - deyə KİV qeyd edib. 

Məlumata görə, Ərdoğan və Zelenski ikitərəfli görüş keçirəcəklər, bu görüşdə Ukrayna və Türkiyə arasında “münasibətlərin bütün aspektləri müzakirə olunacaq”, daha sonra isə BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə geniş tərkibdə sammit keçiriləcək.

Gülayə  Mecid